Sosial
İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb
DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq, İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar.
Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən sosial xidmətlərin müasir standartlar əsasında təşkili və onların əlçatanlığının artırılmasıdır.
"Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST modeli vətəndaşyönümlü yanaşması, şəffaf fəaliyyəti və innovativ idarəetmə prinsipləri ilə seçilir, beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır.
DOST konsepsiyasının dövlət sosial xidmətlərini "bir pəncərə" prinsipi əsasında müasir, operativ və şəffaf formada təqdim etdiyi, bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz olduğu qeyd edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib ki, 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.
İmişli şəhəri, A. Şadlınski küçəsi 8A ünvanında yerləşən filialın 2 mərtəbəli inzibati binası müasir memarlıq həlləri əsasında layihələndirilib. Binanın ümumi sahəsi 698,1 kvadratmetrdir.
A.Əliyev filialda xidmətlərin keyfiyyətlə göstərilməsinin, müraciətlərə operativ baxılmasının, vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir", - məlumatda vurğulanıb.
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?




















.jpg)
























