Sosial
Azərbaycanlı tanınmış vəkillərin məqaləsi "Scopus"da
Azərbaycanlı vəkillər Anar Cavadov və İntiqam Hacıyev beynəlxalq elmi ictimaiyyətdə mühüm uğura imza atıblar.
Publika.az xəbər verir ki, onların həmmüəllifi olduqları "Təhsil mühitində yeniyetmələrin rəqəmsal davranışı və kibercinayət riskinin konseptual modeli" ("A Conceptual Model of Digital Behavior and Cybercrime Risk Among Adolescents in Educational Contexts") adlı elmi məqalə nüfuzlu "International Journal of Special Education" jurnalında dərc olunub və dünyanın aparıcı elmi istinad bazalarından biri olan "Scopus" bazasında indeksləşdirilib.
Elmi araşdırmada müasir dövrdə yeniyetmələrin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, onların kibercinayət riskləri ilə üzləşmə ehtimalları, eləcə də bu risklərin qarşısının alınmasına yönəlmiş hüquqi, sosial və təhsil mexanizmləri elmi əsaslarla təhlil edilir. Tədqiqat çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması və təhsil müəssisələrində preventiv yanaşmaların tətbiqi üçün konseptual model irəli sürülür.
Məqalənin "Scopus" bazasında indeksləşdirilməsi tədqiqatın beynəlxalq akademik standartlara uyğunluğunu və dünya elmi ictimaiyyəti üçün əlçatanlığını təsdiqləyir. Bu nailiyyət, eyni zamanda, Azərbaycan hüquqşünaslarının beynəlxalq elmi mühitdə artan nüfuzunun və ölkəmizin hüquq elminin qlobal akademik platformalarda uğurla təmsil olunmasının növbəti göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, "Scopus" dünyanın ən nüfuzlu elmi istinad və indeks bazalarından biri hesab olunur. Bu platformada indeksləşdirilən elmi məqalələr beynəlxalq akademik dairələrdə yüksək etimad qazanır və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri sayılır.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video









.jpg)


























.jpg)
.jpg)

