Hadisə
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olundu
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqunda terror aktları törətmək istəyib.
Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu terror planlarının qarşısını alması barədə məlumat "AzTV"də yayılıb.
Araşdırma zamanı müəyyən edilib ki, İran vətəndaşları Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsini təşkil ediblər. Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş konteynerdə 7 kiloqram 730 qram "C-4" tipli partlayıcı maddə aşkarlanıb.
İstintaqla həmçinin müəyyən olunub ki, SEPAH-la əlaqəli şəxslərin tapşırığı ilə ölkə ərazisinə daha iki "C-4" tipli uzaqdan idarə olunan partlayıcı qurğu keçirilib və müxtəlif yerlərdə gizlədilib. Eyni zamanda Qaradağ rayonu ərazisində 1 280 qram çəkidə, təsir radiusu 250–300 metr olan daha bir partlayıcı qurğu müəyyən edilib.
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?


















.jpg)










.jpg)










