Hadisə
Müəmmalı qətl: Siyasi şərhləri ilə tanınan məşhur müğənni bıçaqlandı - Foto
Kanadada tanınmış müğənni və siyasi bloqer Nensi Qreval öz evində öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə martın 3-də axşam saatlarında Vindzor şəhərinin şəhərətrafı qəsəbəsində baş verib.
Təcili xidmət əməkdaşları 45 yaşlı Nensi Qrevalı evində çoxsaylı bıçaq xəsarətləri almış şəkildə aşkar ediblər. 100 mindən çox izləyicisi olan və kəskin siyasi şərhləri ilə tanınan bloqer dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Pəncab əsilli Qreval sosial media platformalarında Hindistan-Kanada münasibətləri barədə cəsarətli çıxışları ilə seçilirdi. O, Hindistandakı Xalistan müstəqillik hərəkatını kəskin tənqid edir, bəzi qurdvaralardakı (siqh məbədləri) qanunsuz fəaliyyətlər və hindu məbədlərinə hücumlar barədə mövzular qaldırırdı. Onun bu fəaliyyəti siqh icmasının bir hissəsi tərəfindən narazılıqla qarşılanırdı.
Polis cinayətin motivi ilə bağlı rəsmi açıqlama verməyib və hadisənin birbaşa onun siyasi fəaliyyəti ilə bağlı olub-olmadığını təsdiqləməyib.
Adəm
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu














.jpg)






















