Hadisə
İsmayıllıdan acı xəbər - Ölən və yaralananlar var
İsmayıllıda ağır yol qəzası olub.
Publika.az “Report”a istinadla xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun "Təndirxana" adlanan ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-21099"un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)












