Hadisə
Qeyri-rəsmi münasibətdə olduğu qadını döydü - Təfərrüat
Abşeron rayonunda 39 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 25-də rayonun Məmmədli qəsəbəsində baş verib.
Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Sərxan həmin gün təxminən saat 20 radələrində birgə yaşadıqları mənzildə qeyri-rəsmi münasibətdə olduğu Zümrüdün (adlar şərti verilib – red.) üz və bədən nahiyələrindən qəsdən bir neçə dəfə əli ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verın Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən bir il yarımdır Zümrüd ilə qeyri-rəsmi olaraq birlikdə yaşayıblar: “Mən Zümrüdlə münasibətə başladığım vaxtdan aramızda mübahisələr olub. Sonuncu dəfə 2025-ci ilin noyabrın 25-də yaşadığımız qəsəbədə yerləşən binanın həyətində Zümrüdlə birlikdə gəzən zaman o, sürətli yeriməyim ilə bağlı mənə irad tutdu. Bundan sonra Zümrüd ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Buna görə əsəbləşərək Zümrüd ilə yüksək səslə danışdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Zümrüd ilə birlikdə saat 20 radələrində yaşadıqları mənzilə qalxıb və mübahisəyə evdə davam ediblər: “Yaşadığımız mənzildə olan zaman Zümrüd yenidən ünvanıma nalayiq ifadələr işlətdi, övladlarıma qarğış etdi. Bu zaman əsəbləşdim, əlim ilə onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbə endirdim. Bundan sonra Zümrüd digər otağa keçdi”.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkənin ona qarşı heç bir şikayəti olmadığını deyib.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə icraata xitam verilib.
-
Magazin106:16Nəsrinin serialı bu tarixdə başlayır
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO

































.jpg)


