Hadisə
Qonşular arasında mübahisə cinayətlə nəticələndi
Sumqayıt şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Publika.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 1-də Sumqayıt şəhəri, 29-cu məhəllədə baş verib. 1963-cü il təvəllüdlü Mehdi arasında baş vermiş mübahisə zamanı Mahirin (adlar şərti verilib – red.) ağız nahiyyəsinə vuraraq, ona xəsarət yetirib.
Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 1-də, saat 19 radələrində sonradan adını bildiyi Mahirin binadan çıxarkən blokun qapısını örtmədiyi üçün aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı bir dəvə onun ağız nahiyyəsindən vurub.
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə barışmasını nəzərə alıb. Bu səbəbdən də onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?






















.jpg)














