Hadisə
Qaynanasının mənzilindən oğurluq edən gəlin saxlanıldı
Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən oğurluq hadisa əsi qeydə alınıb. Belə ki, naməlum şəxslər mənzildən 9 min manat dəyərində qızıl-zinət əşyaları və 500 manatı oğurlayıblar.
Publika.az-ın xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Hüseynli, 24 yaşlı İ.Hacızadə və 21 yaşlı M.Alızadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən qadın gəlini və oğlu ilə birgə digər oğlu və gəlini olan A.Hüseynlinin evinə qonaq gedib. A.Hüseynli isə qaynanasının evində heç kimin olmayacağı və oğurluq edə biləcəkləri barədə tanışı olan iki şəxsə məlumat verib. Onların taladıqları qızıl-zinət əşyalarını satmaları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı









.jpg)








.jpg)
.jpg)













