Yaxın Şərq
İsrail HƏMAS-ın bölük komandirini öldürdü
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində HƏMAS-ın hərbi qanadının bölük komandirini öldürdüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ordunun bəyanatına istinadən “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, zərbə avqustun 13-də həyata keçirilib.
İsrail ordusu bildirib ki, Hüdeyfə Xalid Süleyman Kavari İsrail hərbçilərinə qarşı yeni hücumlar hazırlayırdı və bu səbəbdən hava zərbəsinin hədəfinə çevrilib. İsrail tərəfinin məlumatına əsasən, Kavari müharibə dövründə HƏMAS üzvlərinin hazırlanması, silahların daşınması və qruplaşmanın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.
Zərbənin hazırkı atəşkəs şəraitində həyata keçirilməsinin səbəbi kimi Kavari tərəfindən İsrail qüvvələrinə qarşı hücumların davam etdirilməsi göstərilib.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































