Dünya
ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
ABŞ Yaponiyanın “Şimal əraziləri” adlandırdığı Kuril adaları ilə bağlı mövqeyini bir daha açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass "X" sosial şəbəkəsində Vaşinqtonun Yaponiyanın mövqeyini dəstəklədiyini və mübahisəli dörd ada üzərində Yaponiya suverenliyini 1950-ci illərdən tanıdığını bildirib.
Səfir qeyd edib ki, ABŞ ən mühüm müttəfiqinə dəstəkdə sarsılmaz olaraq qalır və Rusiyanın addımları ilə bağlı narahatlıqlar yeni deyil.
Xatırladaq ki, avqustun 13-də Rusiya prezidenti Vladimir Putin tarixdə ilk dəfə şəxsən Kuril adalarına səfər edib. O, arxipelaqın ən böyük adası olan İturupda işgüzar səfərdə olub.
Putinin səfərindən sonra Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyaya etiraz edib və bu addımın yapon xalqının hisslərinə toxunduğunu bildirib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə Yaponiyanın Kuril adaları ilə bağlı diplomatik fəaliyyətini “vaxt itkisi” adlandırıb. O bildirib ki, Rusiya torpağı Rusiya torpağı olaraq qalacaq. Bundan əvvəl politoloq Putinin Kuril adalarına səfərini “Yaponiyanın revanşizminə şillə” kimi qiymətləndirib.
Müəllif: Adəm
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO

























.jpg)











