Hadisə
Piyada keçidindəki qəzada "AzParking" heyətindən təcili müdaxilə: Vətəndaşın həyatı xilas edildi - Video
Səməd Vurğun küçəsi – 19 may 2026-cı il – "AzParking" əməkdaşları piyada zolağında avtomobil qəzasına uğrayan vətəndaşa təcili tibbi yardım gələnə qədər həyati əhəmiyyətli müdaxilə edərək, onun stabil qalmasına nail olublar.
Publika.az xəbər verir ki, hadisə baş verən an əraziyə dərhal yaxınlaşan "AzParking"in sahə rəisi və bələdçilərdən ibarət işçi heyəti zərərçəkənə zəruri ilkin yardımı göstərib. Şirkətin i-patrul avtomobillərindəki xüsusi tibbi ləvazimatlar vətəndaşın vəziyyətinin nəzarət altında saxlanılmasında həlledici rol oynayıb.
"Qəza baş verən an heç bir tərəddüd etmədən köməyə qaçdıq," – deyə prosesi idarə edən sahə rəisi bildirib. "İ-patrul avtomobillərimizdəki ilkin yardım çantalarının tam təchizatlı olması bizə həkimlər gələnə qədər operativ addımlar atmağa imkan verdi. Bizim üçün insan həyatı hər şeydən önəmlidir."
Hadisə şahidləri əməkdaşların bu fədakar və çevik davranışını yüksək qiymətləndirərək, onlara öz xüsusi təşəkkürlərini bildiriblər.
Bu hadisə qurumun parklanma əməliyyatları zamanı nizam-intizamı qorumaqları ilə yanaşı, həm də əməkdaşların hər zaman ekstremal vəziyyətlərə hazır olmasını və ictimai təhlükəsizliyə verilən dəyəri bir daha sübut edir.
"AzParking" haqqında: "AzParking" — ölkə ərazisində parklanma sisteminin müasir standartlara uyğun həyata keçirilməsini təmin edən, şəhər nəqliyyatının idarə edilməsini rəqəmsallaşdıran və bu sahədə şəffaflığı təmin edən innovativ sistemdir. Bu rəqəmsal həll sürücülərə boş yerləri asanlıqla tapmaq və ödənişləri nağdsız qaydada həyata keçirmək imkanı yaradır.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır















.jpg)





















