Hadisə
İki nəfər uçan divarın altında qaldı, biri öldü
Şəmkirdə bədbəxt hadisə baş verib.
Publika.az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır















.jpg)





















