Hadisə
Dəfnə hazırlanan meyit dirildi: Həkimlərin növbəti səhlənkarlığı
Braziliyada dəfn bürosunun əməkdaşları həkimin rəsmən öldüyünü elan etdiyi yaşlı kişini son anda ölümün pəncəsindən qurtarıblar.
Publika.az xəbər verir ki, hadisə ölkənin San-Paulu ştatında qeydə alınıb.
Tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya çatdırılan 88 yaşlı Jurasi Rosa Alves həkim müayinəsindən sonra rəsmən ölü elan edilib. Həkimlər qocanın dünyasını dəyişdiyini bildirərək onun yaxınlarına xəbər veriblər və meyiti dəfnə hazırlanması üçün dərhal morqa göndəriblər.
Mərasimə hazırlıq görən morq işçiləri qəfildən onun tərpəndiyini və nəfəs aldığını fərq ediblər. Qorxu və şok içində qalan əməkdaşlar özlərini itirməyərək yaşlı kişiyə ilk tibbi yardımı göstərib və dərhal təcili yardım çağırıblar. Hazırda yenidən xəstəxanaya çatdırılan braziliyalının vəziyyəti həkim nəzarətindədir.
Qocanın yaxınları qorxunc səhvə yol verən həkimdən polisə şikayət ediblər. Hüquq-mühafizə orqanları tibbi personalın laqeydliyi və lazımi yardımın vaxtında göstərilməməsi maddəsi ilə cinayət işi açıb.
Ailənin vəkili mətbuata açıqlamasında bildirib ki, qocanın vəziyyətinin kritikləşməsinə məhz həkimin səhlənkarlığı və vaxtında reanimasiya tədbirlərinin görülməməsi səbəb olub.
Müəllif: Adəm
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı





































