Hadisə
12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi
Sabirabad rayonunda gənc qəfil vəfat edib.
Publika.az xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Dəyanət Şıxəliyev qəflətən dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, mərhum 2014-cü ildə böyük qəhrəmanlığı ilə yadda qalmışdı. Belə ki, 2014-cü ildə Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən, yeni istifadəyə verilmiş körpüdən 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabad 5 saylı məktəbdə müəllim işləyən Əhliman Hüseynov ona məxsus “VAZ 2107” markalı maşınla Kür çayına düşüb. Maşındakı qonşusunun qızı, 9 yaşlı Hüseynova Güldəstəni xilas edərək özü suda batıb.
Hadisə şahidlərinin sözlərinə görə, Əhliman yaxşı üzə bilsə də, Güldəstəni maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. Əhliman qışqırmağa başlayıb ki, “Kömək edin, daha taqətim tükənir”. Bunu eşidənlər maşınlarını saxlayaraq Kür aşağı sahillə ona tərəf qaçmağa başlayıblar. Qaçanlar arasında Türkədi kənd sakini Şıxəliyev Dəyanət Maqsud oğlu da olub. Dəyanət qızcığazı xilas edən Əhlimanın bərabərinə çatdıqda heç kimə qulaq asmadan suya atılıb və onlara tərəf üzməyə başlayıb. Əhliman qızı Dəyanət onlara 2-3 metr qalmış ona tərəf itələyərək batıb. Dəyanət isə uşağı tutub sahilə doğru üzməyə başlayıb. Ancaq onun da taqəti tükənməyə başlayanda ona tərəf kəndir atıblar. Beşinci cəhddə Dəyanət kəndiri tuta bilib və özü də, qız da xilas olub.
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı





































