Hadisə
Hökməlidə göl daşdı, evləri su basdı - VİDEO
Abşeronun Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.
Publika.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, küçələr və həyətlər su ilə dolduğundan piyadaların hərəkəti çətinləşib.
Bildirilib ki, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub. Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan eyni zamanda bildirilib ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.
Daha ətraflı videomaterialda:
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...



































