Hadisə
Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında sürdü - Saxlanıldı
Lənkəran rayonu ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdiyi müəyyənləşib.
Bundan başqa, Lənkəran şəhəri ərazisində nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə olunan "Daewoo" markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Müvafiq müayinə zamanı həmin avtomobilin sürücüsü Ş.Səfərlinin də narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
Hər iki sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
























.jpg)










