Hadisə Lənkəranda gənclərin biznes və karyera bacarıqlarının inkişafına həsr olunmuş layihə uğurla yekunlaşdı 26 İyun 2026 15:00 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Cənub bölgəsində gənclərin biznes bacarıqlarının inkişafı və məşğulluğunun dəstəklənməsi” layihəsi müvəffəqiyyətlə başa çatıb. “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin rəhbəri Samir Axundovun verdiyi məlumata görə, Lənkəran rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran regional nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan bu təşəbbüsün əsas məqsədi regionda yaşayan işsiz gənclərin rəqabətədavamlı əmək bazarında öz yerlərini tapmasına və sahibkarlıq fəaliyyətinə başlamasına dəstək olmaqdır. Layihə xüsusilə aztəminatlı ailələrdən olan gənclər üçün bərabər imkanlar yaradaraq, onların cənub bölgəsinin sosial-iqtisadi inkişafında fəal rol almasına yönəlib. Layihə çərçivəsində 13.06.2026-15.06.2026 -cı il tarixlərində Lənkəran rayonunda 19-29 yaş arası 20 nəfər gənc üçün 3 günlük intensiv təlim proqramı həyata keçirilib. İştirakçılar ilk 2 gün ərzində peşəkar CV hazırlığı, uğurlu iş müsahibəsi texnikaları, komanda işi, biznesin planlaşdırılması, hədəf auditoriyasının seçilməsi və sosial mediadan səmərəli istifadə kimi aktual mövzularda nəzəri biliklərə yiyələniblər. Proqramın ən maraqlı və yaddaqalan hissəsi isə təlimin 3-cü günü biznes qurumlarına və şirkətlərə təşkil olunan praktiki səfər olub. Gənclər rayonda fəaliyyət göstərən müxtəlif biznes müəssisələrinə səfər edərək orada iş prosesini canlı izləyib, uğurlu sahibkarlarla görüşüb və öyrəndikləri nəzəri məlumatların real iş mühitində necə tətbiq olunduğunu görmək imkanı qazanıblar. Yekunda təlimləri uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qazanılmış biliklərin və iştirakçılar arasında yaranmış əlaqələrin dayanıqlılığını təmin etmək məqsədilə xüsusi şəbəkələşmə (WhatsApp) qrupu yaradılıb. Bu platforma vasitəsilə gənclər gələcəkdə də yeni iş fürsətləri, müxtəlif sosial proqramlar və faydalı təcrübələr barədə mütəmadi məlumatlandırılacaqlar. Təşkilatçılar əmindirlər ki, bu cür layihələr gənclərin özünə inamını artırmaqla yanaşı, onları zərərli vərdişlərdən uzaq tutacaq və gələcək karyera addımlarına, eləcə də şəxsi bizneslərini qurmalarına böyük təkan verəcək. Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var Bakı-Quba yolunda AĞIR QƏZA: ölənlərin kimliyi məlum oldu - YENİLƏNDİ Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI Meşədə yaxın qohum olan şəxslərin meyiti tapıldı Anasını öldürüb həyətində basdırdı: Bir il sonra dəhşətli cinayətin üstü açıldı Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO