Hadisə
Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
Böyükşor-Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Bakues.az"a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.
Belə ki, nəqliyyat vasitəsinin hissələrindən biri hadisə yerindən təxminən 100 metr uzaqlığa düşüb.
Məlumata görə, qəza zamanı avtomobildə yanğın baş verib. Həmçinin zərbənin təsirindən yolkənarı dirəklərdən biri yerindən qopub.
Qəzanın başvermə səbəbi məlum deyil.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi


































.jpg)
