Dünya
Tramp Putinlə ortaq olmaq istəyir: Ukraynanın qurban verilməsinin şok səbəbi açıqlandı
Ukraynadakı müharibəyə son qoymaq üçün iki ildir ki, xüsusi nümayəndələr vasitəsilə Putinlə qapalı danışıqlar aparan ABŞ prezidenti Donald Trampın müharibədən sonrakı dövrdə Rusiyanın iqtisadi ortağı olmağı hədəflədiyi iddia edilib.
Publika.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, Trampın nümayəndəsi Stiv Uitkov və Putinin nümayəndəsi Kiril Dmitriyevin rəhbərlik etdiyi planın ilk addımı enerji sektorunda olacaq.
Məqsəd Amerika şirkətlərinin müharibə səbəbindən fəaliyyəti dayandırılan Sibirdəki “Saxalin-1” neft layihəsinə qayıtması və Rusiya neftinin Ukrayna və Amerika vasitəçi şirkətləri vasitəsilə “Drujba” boru kəməri ilə Avropaya satılmasıdır.
Həmçinin, Baltik dənizindəki Şimal Axını 2-nin qalan toxunulmaz qolu vasitəsilə Amerika şirkətləri vasitəsilə Almaniyaya təbii qaz axınının yenidən başlaması planlaşdırılır. Rusiya gübrələrinin ABŞ-a satışı və təyyarə istehsalında istifadə olunan Rusiya titanının Amerika bazarına qaytarılması da planlar arasındadır.
Trampın Ukrayna müharibəsi bitməmişdən əvvəl Putinlə əməkdaşlığa hazır olması Vaşinqton və Brüssel arasında münasibətləri gərginləşdirə biləcək potensial amil kimi qiymətləndirilir.
Müəllif: Tural
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq



















.jpg)
















.jpg)