Dünya
Qayınana 17 il vegetativ vəziyyətdə qalan gəlinini belə xilas etdi - “O, mənim də övladımdır”
Çində 68 yaşlı qayınana 17 il vegetativ vəziyyətdə qalan gəlinini xilas edib.
Publika.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Xu soyadlı qadın 2009-cu ildə toyundan cəmi bir ay sonra Çinyun qəzasının kəndlərindən birində yük maşınının altında qalıb. Həmin vaxtdan komada olan qadına qayınanası Syuan Fenin qayğı göstərib. O, Xuya qaşıqla maye qidaları saatlarla yedizdirib, yataq yaralarının yaranmasının qarşısını almaq üçün isə gündə on dəfədən çox onun vəziyyətini dəyişib.
Qayınana gəlinini yuyundurub, əzələlərini masaj edib, ailədə və kənddə baş verən yenilikləri ona danışıb, sevdiyi mahnıları səsləndirib və adını təkrar-təkrar çağırıb.
“O, oğlumla ailə qurub, deməli, mənim də övladımdır. Mən onu necə tərk edə bilərdim?” — deyə Syuan bildirib.
Nəhayət, Xu özünə gəlib, lakin beyninin ağır zədələnməsi səbəbindən onun əqli qabiliyyətləri dörd yaşlı uşağın səviyyəsində qalıb. Qayınanası ona qulluq etməyə davam edib və yenidən yeriməyi öyrənməsinə kömək edib. Hazırda qadın bir neçə söz deyə və hətta sadə yeməklər hazırlaya bilir.
Sosial şəbəkələrdə geniş yayılan kadrlarda qadının Syuana “Ana, yaxşıdır” dediyi görünür.
“Onun vəziyyətinin yaxşılaşmasından başqa heç bir arzum yoxdur. Yemək bişirməyi öyrənəndə bir qədər rahatlıq tapdım. Mən həyatda olmayanda heç olmasa, onun yeyəcək bir şeyi olacaq”, — deyə qadın əlavə edib.
Syuan illərdir ayaqlarında ağrılardan və yüksək təzyiqdən əziyyət çəkdiyini etiraf edib. O, bir dəfə gəlini yıxılanda onu qaldırmaq üçün qonşusundan kömək istəməli olub.
“Əlbəttə, başqalarının qayğısız həyatına həsəd aparıram. Onlar gəzə, meydanda rəqs edə bilirlər. Amma mənim məsuliyyətim gəlinimə qulluq etməkdir”, — deyə o bildirib.
Hüseyn İbadlı
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
