Hadisə
Tovuzda 10 nəfər zəhərləndi
Tovuzda vətəndaşa məxsus fərdi evdə yanğın olub.
Publika.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində ehtimala görə ildırım çaxmasından sonra naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsininin qarşısı alıb. Yanğın təxminən 40 kvadratmetr ərazidə evin birinci mərtəbəsindəki mətbəx və ona bitişik zalda baş verib. Zal yanar konstruksiyaları və içərisindəki məişət avadanlıqları tamamilə yanaraq külə dönüb. Alovu söndürmək üçün köməyə qonşular da gəlib.
Nəticədə 10-dək insan zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.
Hadisənin dəqiq başvermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.(Azərtac)
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ











.jpg)








.jpg)














.jpg)