Hadisə
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 6 nömrəli Uşaq Somatik Sanatoriyasında, Xətai rayonunda yerləşən 6 nömrəli Şəhər Poliklinikasında və Nərimanov rayonunda yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhərində yerləşən parklarda, yaşıllıq ərazilərində və istirahət mərkəzlərində, Abşeron rayonu, Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə RM tərəfindən Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Muğan RM tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin “Kür” Su Təchizatı İdarəsində, Qarabağ RM tərəfindən Beyləqan şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal RM tərəfindən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxananda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR





























.jpg)

.jpg)














.jpg)