Hadisə
Xəzər nefti təhlükədə: Əsas ixrac terminalına hücum oldu
Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Novorossiysk yaxınlığındakı dəniz terminalı ərazisində iki neft tankeri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisədən sonra neftin tankerlərə yüklənməsi müvəqqəti dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə KTK məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 02:48-də Marşal adaları bayrağı altında üzən "NIFFOS SIFNOS" tankeri neft yüklənməsi zamanı hücuma məruz qalıb. PUA zərbəsi nəticəsində gəminin yük göyərtəsində neft qəbul edən manifoldlar sahəsində yanğın baş verib. Yanğın ekipaj və KTK-nın üç köməkçi gəmisinin iştirakı ilə qısa müddətdə söndürülüb.
Konsorsiumun məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Neft sızmasının qarşısı alınıb, tanker üzmə qabiliyyətini saxlayıb. Hazırda mütəxəssislər gəmiyə dəyən ziyanı qiymətləndirirlər.
Yoxlamalar başa çatanadək terminalda neft yüklənməsi dayandırılıb. Bununla belə, KTK qeyd edib ki, neft kəmərinin digər obyektləri normal rejimdə fəaliyyətini davam etdirir.
Şirkət həmçinin bildirib ki, terminaldan təxminən altı dəniz mili məsafədə yerləşən ərazi sularında daha bir tanker – Men adası bayrağı altında üzən "MARATHI" də PUA hücumuna məruz qalıb. Gəmi neft qəbul etmək üçün terminala doğru hərəkət edirdi.
Müəllif: Adəm
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev







.jpg)


.jpg)










.jpg)






.jpg)









