Hadisə
Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı
“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Vidadi oğlu Əzizov deyib.
Qeyd edək ki, Yevlax şəhərində, şəhid Hüseyn Cəbrayılov küçəsində yaşayan Əzizovlar ailəsinin 4 övladı var. Onların ikisi oğlan, ikisi isə qızdır.
Ata Xalid Əzizov dünyasını dəyişən qızı Mədinənin Yevlax şəhər 10 saylı tam orta məktəbinin şagirdi olduğunu və yeni tədris ilində 11-ci sinifdə təhsilini davam etdirəcəyini bildirib:
“Çox təəssüf ki, qızımın arzuları yarımçıq qaldı. Hələ də özümüzə gəlməmişik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik. Tək bildiyimiz odur ki, dünyasını dəyişdiyi vaxt xalası evində qonaq olub. Çörək yeyib, badımcan bişirirlərmiş. Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Durumunun ciddiliyini görən doğmalarımız onu xəstəxanaya çatdırıb. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik ki, Mədinənin nədən, məhz hansı qidadan zəhərləndiyi bilinsin”.
Xalid Əzizov həmçinin xəstəxanaya çatdırılmada baş verən vaxt itkisini, evdəki digər doğmalarının halının pisləşməməsini və şəhər sakinləri arasında yayılan suxarik şübhələrini təsdiqləyərək bunları əlavə edib:
“Ən azı yarım saatdan da çox vaxt keçib və bundan sonra qızımın xəstəxanaya aparılması vacib idi. Mağazadan alınan qida, suxarik də ağır zəhərlənməyə təsir etmiş ola bilərdi. Bu kimi suallara yalnız rəsmi formada aydınlıq gətirildikdən sonra cavab tapa biləcəyik. Fəhlə adamam. Ailəmi, övladlarımı dolandırmaq üçün bütün günü işləyirəm, çalışıram. Hadisə baş verdiyi anlarda da işə getmişdim. Hazırda o qədər üzgünəm ki, nəyin necə baş verdiyini anlamaqda belə çətinlik çəkirəm”.
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı







.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
























.jpg)

