Hadisə
Xankəndi-Şuşa yolunda qəza: Bir nəfər öldü, bir nəfər xəsarət aldı - YENİLƏNDİ
Xankəndi Şuşa yolunda baş verən qəza zamanı xəsarət alan şəxsin durumu açıqlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, iyulun 30-da saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb, 1 nəfər (kişi) isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
xxx
Xankəndi-Şuşa yolunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ötən gecə Şuşa-Xankəndi avtomobil yolunda hərəkətdə olan "Tofaş" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə sürücü Bayram Verdiyev hadisə yerində ölüb. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)


.jpg)


.jpg)













