Hadisə
Ayı onu ikinci dəfə şikəst etdi: Bu dəfə qolunu qopardı - FOTO
Rusiyanın Ussuriysk şəhərində tanınmış heyvan müdafiəçisi Vera Bliş ayı hücumu nəticəsində ağır xəsarət alıb. O, bu dəfə qolunu itirib.
Publika.az xəbər verir ki, bu barədə "Amur Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə "Dora" zookompleksində baş verib. Himalay ayısı Veranın qolunu qopardıqdan sonra o, təcili xəstəxanaya çatdırılıb, hazırda reanimasiya şöbəsində müalicə olunur və süni tənəffüs aparatına qoşulub.
Məlumata görə, Vera Bliş 30 ildən artıq ayılarla işləyib. O, əvvəlcə təlimçi kimi fəaliyyət göstərib, sonradan isə qəhvəyi və Himalay ayılarının xilas edilməsi ilə məşğul olub. 2015-ci ildə Ussuriyskdə daşqın zamanı su altında qalan zooparkdan ayıların xilas edilməsində iştirak edib və onun səyləri nəticəsində şəhərdə yeni zoopark yaradılıb.
Qeyd edək ki, bu, Veranın ayı hücumu nəticəsində ilk ağır xəsarəti deyil. 2019-cu ildə "Manyunya" adlı dişi ayı yemləmə zamanı onunla oynayarkən qadının dizdən aşağı ayağını qoparmışdı. Həmin vaxt Vera Bliş baş verənlərə görə ayını deyil, özünü günahlandırmışdı. Bu dəfə isə ayı hücumu onun qolunun amputasiyası ilə nəticələnib.
Adəm

-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)


.jpg)


.jpg)













