Hadisə
Fransada dəhşət: Meşə yanğınları 81 il əvvəlki müharibənin sursatlarını partlatdı
Fransanın cənubunda baş verən meşə yanğınları İkinci Dünya müharibəsindən qalan sursatların partlamasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat yayıb.
Hadisə Jirond departamentinin Le-Porj kommunasında yerləşən, indiyədək mövcudluğu məlum olmayan köhnə sursat anbarında baş verib.
Kommunanın meri Marsyal Zaninettinin sözlərinə görə, torpaq altında basdırılmış döyüş sursatları yanğın nəticəsində bir-bir partlamağa başlayıb.
"Ərazimizdə mövcudluğundan xəbərsiz olduğumuz yeraltı sursat anbarları var imiş. Mərmilər partlamağa başladı", - deyə mer bildirib.
Onun sözlərinə görə, xoşbəxtlikdən hadisə zamanı yaxınlıqda insanlar olmadığından xəsarət alan olmayıb. Partlayışların səsi o qədər güclü olub ki, sakinlər əvvəlcə ölkədə müharibənin başladığını düşünüblər. Daha sonra onların qaz balonlarının partladığını ehtimal etsələr də, ardıcıl və güclü partlayışlar bu versiyanı təkzib edib. Yerli sakinlər azı 100 partlayış baş verdiyini bildiriblər.
Mer qeyd edib ki, partlayan mərmilərin bir hissəsi ətrafa səpələnib, bəziləri isə yaşayış sahələrinə düşüb. Hətta mərmilərdən biri yaşayış evini deşərək içəri daxil olub.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)


.jpg)


.jpg)













