Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi - Foto
Bizi izləyin

Hadisə

Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi - Foto

Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi - Foto

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki bürünc barelyef sentyabrda oğurlandıqdan sonra bərpa edilərək yerinə quraşdırılıb.

Publika.az xəbər verir ki, ailəsi və həmkarlarının bildirdiyinə görə, abidənin bərpası ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb.

Başdaşındakı barelyefin yoxa çıxdığı sentyabrın 9-da məlum olub. Elə həmin gün Yasamal rayonunun 28-ci polis bölməsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış barelyefi tapıblar.

Bürünc kompozisiyanın üzərindəki yazılar mişarlanaraq kəsildiyindən onun yenidən tökülməsi qərara alınıb.

İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. Onun eskizləri əsasında barelyefin surətini İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədov hazırlayıb. Barelyefi akademiyanın emalatxanasında usta Namiq Sadıqov töküb, quraşdırılmasını isə usta Feyzi Oruclunun komandası həyata keçirib.

Nəcəfovun ailəsi və həmkarları abidənin bərpasında iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm