Hadisə
Atasının qətlində təqsirləndirilən gəncə hökm oxundu
Bakının Sabunçu rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci ( zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Qeyd edək ki, bundan əvvəli iclasda çıxış edən prokuror təqsirləndirilən Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib.
44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. İftixar Vəlizadənin 19 yaşlı oğlu Ayxan Vəlizadə şübhəli şəxs qismində saxlanıb.
Ayxan Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








.jpg)










.jpg)
.png)



















