Hadisə
Azərbaycanlı biznesmen Rusiyada qətlə yetirildi
Volqoqrad polisi sentyabrın 26-da axşam saatlarında Şekinski rayonundakı 32 saylı binanın qarşısında “Lexus” avtomobilinə atəş açaraq onun sürücüsünü öldürən killeri axtarır.
Publika.az Rusiya mediasına istinadən bildirir ki, qətlə yetirilən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovdur. O, çoxsaylı güllə yaraları ilə xəstəxanaya gətirilib, ancaq həkimlər həyatını xilas edə bilməyiblər.
Məlum olub ki, bu, Əsədovun həyatına edilən ilk qəsd deyil. Keçən il onu güllələyiblər, ancaq vaxtında tibbi yardım göstərildiyindən həyatını itirməyib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bu dəfə Əsədovun yanında onun mühafizəçisi də olub. O yaralansa da, sağ qalıb, hazırda xəstəxanadadır.
İstintaqçılar baş verən hadisə ilə bağlı ilkin mənzərəni təsəvvür edə biliblər. Məlum olub ki, qara paltarlı maskalı killer Əsədovun avtomobilini nəzarətdə saxlayıb. “Lexus” evə yaxınlaşanda cinayətkar Kalaşnikov avtomatından fasiləsiz atəş açıb. Sonradan killeri onu müşayiət edən şəxslə hadisə yerindən uzaqlaşıb. Cinayətkarların ağ rəngli “Jiquli” ilə hadisə yerindən uzaqlaşdıqları bildirilir. (Modern.az)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu