Bakıda maşın 6 tələbəni vurub
Bizi izləyin

Hadisə

Bakıda maşın 6 tələbəni vurub

Oktyabrın 13-də Bakı Dövlət Universitetinin Yasamal rayonundakı yataqxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

“Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil 6 piyadanı birdən vurub, sonra isə polis maşınına çırpılıb.

Xəsarət alanlar Klinik Tibbi Mərkəzə götürülüb.

Bu barədə APA xəstəxanaya istinadla xəbər verir.

Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir və artıq onların şəxsiyyəti müəyyən edilib:

Rzayev Fərhad (1999)

Qarayev Əhməd Daşqın oglu (1995)

Səlimov Əhməd Sabir oğlu (1993)

Xəlilova Leyla Sabir qızı (1994)

Eyvazova Məryəm Əsəd qızı (1998)

Ələkbərzadə Cabir Elxan oğlu

Onların həyatının təhlükədə olmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm