Hadisə
Lənkəranda leysandan zərər çəkən kəndlərin adları açıqlandı
“Ötən gecə yağan leysan yağış Lənkəran rayonun mərkəzində 80 təsərrüfata ziyan vurub. Amma kəndlərdə nə qədər təsərrüfata ziyan dəydiyi hələ dəqiqləşməyib. Elə kəndlər var ki, orada su çəkiləndən sonra heç bir ziyan dəymədiyi aydınlaşar. Sabah da rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar üzrə Komissiya bunu araşdıracaq”.
Bunu Publika.az-a İcra başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev bildirib. O, bildirib ki, Lənkəran çayında sel sularının qarşısının alınması üçün bəndlər qurulur.
“Artıq suyun səviyyəsi enib. Lənkəran şəhərində 15 hündürmərtəbəli binaya , 4-5 1 və 4 mərtəbəli binaya və qəsəbələrdə olan kommunal evlərin dam örtüklərinə ziyan dəyib. Yağış və külək dam örtüklərini sındırıb. Biz bunları dəqiqləşdirmişik. Hazırda vəziyyət stabilləşib, Lənkəran çayı məcrasına qayıdır. Hələ ki, işlərimizi davam etditririk. Dünəndən fəsadların aradan qaldırılması üçün bütün idarə və müəssisələri cəlb etmişik”, - deyə M. Babayev bildirib.
Şöbə müdiri ən çox ziyan dəyən kəndlərin adlarını da açıqlayıb:
“Ən çox ziyan dəyən kəndlər Siyavar, Hirkan, Bürcəli, Türkəkəran, Daşdalığjar, Xolmili, Şağlakücə, Yuxarı Nüvədi, Girdəni, Ver, Şürükdür. Bütün dağ kəndlərindən bizə məlumatlar daxil olur. Sabah yenə komissiya üzvləri evləri gəzərək qeydiyyata alacaqlar. Lənkəranın sutka ərzində orta aylıq normanın 50 faizindən çoxu yağış yağıb, dağətəyi ərazilərdə 138 mm, şəhər ərazisində isə 93 mm-dən artıq düşməsi Lənkəran və Girdəni çaylarının məcrasından çıxmasına səbəb olub. Artıq yağış səngiyib, amma yenə də yağma ehtimalı var. FHN əməkdaşları ilə birlikdə həyətlərdə su çəkilir. Elə kəndlər var ki, çökək yerdə yerləşir və yağış yağanda su həyətlərdə qalır. Ona görə hələ 2 gün də bu işlər davam edəcək”.
M. Babayevin sözlərinə görə, hələ rayona dəyən ziyanın məbləği məlum deyil.
Qeyd edək ki, Lənkəran rayonunun su basan kəndlərində onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.
Gülnar Əliyeva
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa






































