Azərbaycanda bankdan Portuqaliya vətəndaşının 22 min dolları oğurlandı
Bizi izləyin

Hadisə

Azərbaycanda bankdan Portuqaliya vətəndaşının 22 min dolları oğurlandı

Bakıda çalışan 37 yaşlı Markos Cenin adlı Portuqaliya vətəndaşına qarşı internet vasitəsi ilə dələduzluq edilib.

“Report” xəbər verir ki, onun “Bank Respublika”da adına olan hesabından 22 min ABŞ dolları onlayn fırıldaqçılıq yolu ilə oğurlanıb.

Portuqaliya vətəndaşı üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən şəxs Bakıda yerləşən xarici şirkətlərdən birində mühəndis işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm