Metroda qarşıdurma: Polislə sərnişin arasında dava düşdü
Bizi izləyin

Hadisə

Metroda qarşıdurma: Polislə sərnişin arasında dava düşdü

Dünən axşam saat 21:10 radələrində Bakı Metropoliteninin “Koroğlu” stansiyasında polis işçiləri ilə sərnişinlər arasında qarşıdurma yaranıb.

Publika.az xəbər verir ki, stansiyaya daxil olan iki gənc əvvəlcə polislə mübahisə edib. Lakin mübahisə sonra ciddi qarşıdurma halını alıb.

Polisə müqavimət göstərən iki gəncin mübahisəsinə sərnişinlər də qoşulub. Stansiyaya daxil olan iki polis işçisi onları sakitləşdirib. Lakin buna baxmayaraq, tərəflər arasındakı mübahisə 10 dəqiqəyə qədər çəkib. Asayiş keşikçilərinə tabe olmayan gənclər isə polis otağına aparılıb.

Sərnişinlərin əməkdaşımıza verdiyi məlumata görə, mübahisə gediş kartı üstündə yaranıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm