Bacısını uşaqlarının gözü qarşısında bıçaqladı
Bizi izləyin

Hadisə

Bacısını uşaqlarının gözü qarşısında bıçaqladı

Ağsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və H.Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y.Mürsəlova Ağsu Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaş-bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm