Bayram günlərində Bakıda 10-a yaxın zəncirvari qəza olub
Bizi izləyin

Hadisə

Bayram günlərində Bakıda 10-a yaxın zəncirvari qəza olub

Bayram günlərində paytaxt ərazisində 10-a yaxın zəncirvari qəza baş verib.

Bunu Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi, yolların buz bağlaması ilə əlaqədar bir neçə yerdə yol və meteoroloji şərait nəzərə alınmadığından avtomobillər sürüşərək zəncirvari qəzalar baş verib.

“Bakı ərazisində 10-a yaxın maddi zərərlə nəticələnən zəncirvari qəza hadisəsi baş verib. Bunlar əsasən paytaxtın enişli-yoxuşlu küçələrində - daha çox Yasamal rayonu ərazisində, “20 Yanvar dairəsi”ndə, Badamdar qəsəbəsi , “Qurd qapısı” deyilən ərazidə, Sabunçu körpüsündə baş verib. Bu ərazilər küləkli olduğundan buzlaşma olub və sürüşməyə səbəb olub. Maşınlar sürüşüb bir-birinə dəyiblər”.

V. Əsədov bildirib ki, 31 dekabr-3 yanvar tarixində Bakı şəhəri ərazisində 4 yol qəzası baş verib. 3 piyada vurma, 1 toqquşma nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

V. Əsədov həmçinin bildirib ki, hava şəraitinin dəyişməsini sürücülər məsuliyyətdən yayınmaq üçün bəhanə gətirməməlidirlər:

“Qanuna görə, yol və meteoroloji şəraiti nəzərə almaqla sürücü avtomobili idarə etməlidir ki, qəza baş verməsin. Hava şəraitinin dəyişməsini sürücülər məsuliyyətdən yayınmaq üçün bəhanə gətirməməlidirlər. Sürücülər maşının texniki sazlığına fikir verməli, düzgün sürət seçilməlidirlər, ara məsafəsinin normadan artıq saxlanması mütləqdir. Belə hava şəraitində bəzi sürücülərdə avtomobili idarəetmə peşəkarlığı aşağı olur. İstənilən halda yol və meteoroloji şəraiti nəzərə almayan sürücü məsuliyyətə cəlb edilir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm