179 qaşqaldaq, 12 ördəklə tutuldu - FOTO
Bizi izləyin

Hadisə

179 qaşqaldaq, 12 ördəklə tutuldu - FOTO

Biləsuvar polisinin keçirdiyi reyd zamanı avtomobilində çoxlu sayda ovlanmış çöl quşu aparan şəxs saxlanılıb.

Publika.az "Report"a istinadən bildirir ki, Masallı rayonunun Boradigah kənd sakini Tural Qasımov çöl quşlarını Saatlı, Sabirabad və Kürdəmir rayonlarından əldə edib. O, geri qayıdarkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları avtomobilə baxış keçirən zaman 179 baş qaşqaldaq, 12 baş ovlanmış çol ördəyi aşkar ediblər.

Tural Qasımov qanunsuz ovlanmış çöl quşlarının hər birini 2 manata əldə etdiyini bildirib. O, polisə verdiyi ifadəsində quşları qohumunun toyu üçün aldığını bildirsə də, çöl quşlarının sayının həddindən artıq çox olması onun məhz satış məqsədi ilə alındığını deməyə əsas verib.

Hazırda Biləsuvar rayon Polis şöbəsində quşların ovunu həyata keçirən şəxslərin tapılması istiqamətində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm