Nardaranda əməliyyat: avtomobildə partlayıcı qurğu aşkarlandı
Bizi izləyin

Hadisə

Nardaranda əməliyyat: avtomobildə partlayıcı qurğu aşkarlandı

Nardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Nardaran qəsəbəsi sakini Elgün Hüseynovun "Vaz" markalı avromobilinə baxış keçirilərkən avtomobildən 6 ədəd kustar üsulla hazırlanan "molotov kokteyl" qurğusu aşkar edilib.

Hadisə Nardaran qəsəbəsi Ş.Tuti küçəsi, 71-də baş verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Avtomobil sahibi E.Hüseynov Kürdaxanı qəsəbəsində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.

Sabunçu rayon Polis İdarəsi Trend-ə faktı təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm