Hadisə
Ləğv edilmiş MTN-in zabiti Vüsal Ələkbərovun həbs müddəti uzadıldı
Ötən ilin oktyabr ayında barəsində həbs qətimkan tədbiri seçilən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun həbs müddəti daha 3 ay artırılıb.
Trend-in məlumatına görə, V.Ələkbərovun həbs müddəti Səbail rayon məhkəməsinin qərarı ilə artırılıb. V.Ələkbərov özü də məhkəmə prosesində iştirak edib.
Xatırladaq ki, V.Ələkbərov ötən il oktyabrın 18-də saxlanılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin
müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin
fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon
danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla
bağlı 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş
prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb. İş üzrə 22 şəxs təqsirləndirilən şəxs
qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan
tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam
qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində
həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO