Bakıda sürücü yol polisinin avtomobilini çəkiclə əzdi - FOTOLAR/VİDEO
Bizi izləyin

Hadisə

Bakıda sürücü yol polisinin avtomobilini çəkiclə əzdi - FOTOLAR/VİDEO

Bakıda sərxoş sürücü yol polisi avtomobilinə hücum edib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə, maşına ciddi ziyan dəyib.

Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm