Aeroportda Türkiyə vətəndaşından 12 min dollar götürüldü
Bizi izləyin

Hadisə

Aeroportda Türkiyə vətəndaşından 12 min dollar götürüldü

Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, M.Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm