Hadisə
Ögey oğlu həbs edilən ata biləklərini doğradı - Bakıda
Bakıda 33 yaşlı kişi intihara cəhd
edib.
Hadisə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş
verib.
Belə ki, paytaxt sakini 33 yaşlı Aleksandr Pozdnyakov ögey oğlu
Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Tacir Şahin oğlu Rəhimov
barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən
narazı qalaraq, intihar etmək istəyib. O, məhkəmə qarşısında sağ
bilək nahiyəsinə xəsarət yetirib. Polis əməkdaşları intihar
cəhdinin qarşısını alıb.
Qeyd edək ki, 2015-ci il sentyabr ayının 14-də saat 01:00
radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini, 1977-ci il
təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil
telefonunu soyğunçuluq yolu ilə talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB)
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon
sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad
rayon sakini, 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov və
Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü T.Rəhimov müəyyən olunaraq
tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq)
ilə cinayət işi başlanıb.
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kərimov 4
il, Ş.Muradov 8 il 6 ay və T.Rəhimov isə 3 il müddətinə azadlıqdan
məhrum edilib. Zamində olan T.Rəhimov məhkəmə zalında həbs edilib.
(Report.az)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR