Hadisə
Taksi sürücülərinə qənim kəsilən dələduz peyda olub - VİDEO
1Xəbər.com-un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, taksi sürücüsü ilə bir dələduz arasında mübahisə yaranıb. Başı öz mübahisəsinə qarışmış taksist öz taksisi ilə yolu bağlayıb.
Hadisə - Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin
kəsişməsində baş verib.
Yolda hərəkət edən taksinin açıq şüşəli qapısına elə maşın
hərəkətdə ikən özünü atan bir gənc ələ keçib.
Yaşlı kişinin idarə etdiyi taksinin sürücüsü güclə avtomobilini
saxlayaraq gənci tuta bilib. Sən demə, bu gənc qapını açıb oturmaq
istəyib.
Bunu maşın hərəkətdə ikən etdiyi üçün yaşlı taksi sürücüsünə
güclü stress yaşadıb. Bu səbəbdən sürücü gənci polisə təhvil vermək
istəyib.
Ətrafda hadisəyə yığışmış bir neçə başqa taksi sürücüləri də gənci tanıyıb və onlar da bu tip hadisəylə rastlaşdığını bildiriblər.
Anlaşılan, bu gənc dələduz artıq bir müddətdir ki, gecələr
şəhərimizin taksi sürücülərinin qorxunc kabusuna çevrilib.
Adətən, belə dələduzların məqsədi - avtomobil sürücülərini adam
vurmaqda günahlandıraraq aylarla sürücüləri sözün əsl mənasında
soymaqdır. Əvvəlcə, guya xəsarət almış canlarının müalicəsi üçün
pul istəyirlər.
Aylarla uzanan "müalicədən" sonra, bu dələduzlar "Sənin ucbatından
gəzə bilmirəm, ailəmi saxlamaqda kömək et" - deyə, israr edir.
Başına bu tip hadisə gəlmiş Bakı sürücüsünün etirafına görə,
böyük mənəvi iztirab çəkib.
Bu gün küçədə taksi sürücüləri tərəfindən tutulan gəncin isə ruhi
xəstə və ya alkoqol düşgünü olduğu da istisna olunmur.
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı




































.jpg)
