Hadisə
Azərbaycanlı iş adamı ailəsi ilə silahlı hücumuna məruz qalıb
Ukraynada azərbaycanlı iş adamı ailəsi ilə birgə Krıma gedərkən yolda naməlum şəxslərin hücumuna məruz qalıb.
Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə iki gün əvvəl Zaporojye vilayətinin Melitopol şəhəri yaxınlığında baş verib.
Velikaya Novoselka şəhəri yaxınlığında yaşayan, 1978-ci il təvəllüdlü iş adamı Aslanov Vadim Aslan oğlu ailəsi ilə birgə Krıma istirahətə getmək istəyərkən dörd maskalı şəxs nömrəsiz avtomobillə onların yolunu kəsib.
Maskalılar avtomobilə zərbələr endirdikdən sonra V. Aslanovun üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər. V. Aslanova avtomatın qundağı ilə xəsarətlər yetirən quldurlar onların 10 000 dollaradək pulunu və qızıl-zinət əşyalarını alıblar.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, səfirliyin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev sualları cavablandırmaqdan imtina edib.
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı




































.jpg)
