Hadisə
Göygöldə top mərmisi tapılıb - FOTO
Göygöldə 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ağdam rayonu Əhmədağalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar olunmamış, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılmışdır.
Göygöl rayonu Mollacəlil kəndinin yolunun kənarında 1 təhlükəli əraziyə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (BR 471 - 122 mm-lik top mərmisi) aşkar olunmuş, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınmış, nəticə etibarı ilə 200 kv. m ərazi yoxlanılmışdır.
06 İyul tarixində 1 əkin sahəsi, 1 kənd yolu, 3 təhlükəli əraziyə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (BR471 - 122 mm-lik top mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarilə gün ərzində 2 200 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 06 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 576 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı

























.jpg)








.jpg)



