Hadisə
Cəlilabadda ağır qəza: hərbi ekspertimiz yaralandı, ölən var - FOTOLAR
Azərbaycanın hərbi eksperti Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci kilometrliyində baş verən ağır yol qəzasında xəsarət alıblar.
"Report"un xəbərinə görə, T.Əbilovun qolu qırılıb, həyat yoldaşı D.Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar ilk olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara orada ilkin tibbi yardım göstərilib.
Yaralıların vəziyyəti orta-ağırdır.
Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirirlər.
Qeyd edək ki, T.Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur.
Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideyinləridir.
*** 12:02
Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev “Vaz-21015” markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə “Vaz-21015” markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.
Hər iki avtomobilin sürücüləri və sərnişinləri Məhəmməd Məmmədov, Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi




















.jpg)











.jpg)

.jpg)