Hadisə
Şabran od içində: qəbirstanlıqda başlayan yanğın digər ərazilərə keçib - FOTOLAR
Şabran rayonunda qəbirstanlıqda başlayan yanğın genişlənməyə başlayıb.
“Report”un Şimal bürosu xəbər verir ki, əraziyə Şabran yanğından mühafizə xidmətinin 4, həmçinin Siyəzəndən və Qubadan yanğınsöndürən maşınlar cəlb olunublar.
Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.
Hazırda yanğınsöndürənlər alovun yaxınlıqda yerləşən Şabran meşəsinə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.
İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.
*** 13.59
Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın başlayıb.
“Report”un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib.
Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda 20 hektar sahəni əhatə edən yanğın davam edir. Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi




















.jpg)











.jpg)
