Hadisə
Əməliyyatdan sonra vəfat edən ananın ÖLÜM SƏBƏBİ: "Günahkar klinikadır..."
Şəhla Əliyevanın qayınatası Məhəmməd Əliyev Publika.az-a bildirib ki, gəlinin ölümünə səbəb həkimlərdir:
“Gəlimin süd vəzində ağrıları olduğuna görə həkimə getmişdi. Həkimin yazdığı müalicədən sonra ağrılar keçdi. Lakin sonradan ağrılar təkrar başladı,bu dəfə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına apardıq, dalağının üstündə şiş gördüklərini dedilər. Qəbələyə getməyi məsləhət gördülər.Qəbələ rayon Mərkəzi xəstəxanasında Şəhlanı yenidən müayinə etdilər, onlar da dalağın üstündə şiş gördülər və Bakıya aparmağı məsləhət gördülər. Bakıda 5 nömrəli xəstəxanada həkimlər müayinə edib, mütləq əməliyyat edilməli olduğunu deyiblər. Həmin vaxt mənim həyat yoldaşım və Şəhlanın atası gəlinimin yanında olub. Onlar Bakıda özəl klinikaları tanımırlar. 5 nömrəli xəstəxananın həkimləri “İnternational” klinikasına aparmağı məsləhət görüblər. Oradakı həkimlərin çox bacarıqlı olduğunu deyiblər. Bizimkilər də, onlara inanıb, həmin klinikaya aparıblar. Orada da əməliyyat ediblər. Həkimlər əməliyyatın çox yaxşı keçdiyini deyiblər, yoldaşımgilə də evə getməyi məsləhət görüblər. 1 saatdan sonra zəng ediblər ki, xəstənin vəziyyəti pisləşib. Təkrar xəstəxanaya gediblər. Şəhlada daxili qanaxma olduğunu deyiblər. Əlavə qan vurublar, amma qız ölüb. Axı dalaq əməliyyatından adam ölməz? Atası dəqiq səbəbi tələb edib həkimlərdən. Onlar da daxili qanaxma deyib, başqa heç nə deməyiblər. Amma biz düşünürük ki, həkim səhvi olub. Axı əməliyyatdan sonra nə ola bilər?”.
Qaynatası bildirib ki, Ş.Əliyevanın iki uşağı var, onlardan biri 3, digəri 1 yaş yarımlıqdır. İkinci uşağı ana südü ilə qidalanır, bütün gecəni uşaqlar anasını istəyib.
Klinikadan onlara ölüm kağızını verməyiblər.
Məsələ ilə bağlı “İnternational Medical Center”lə əlaqə saxladıq. Klinikadan bildirdilər ki, nə baş həkim, nə müavinlər işdədir. Ümumiyyətlə, klinikada suallarımıza cavab verəcək bir həkim belə tapılmadı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, ölüm faktı özəl klinikada baş verdiyindən yalnız vətəndaşın müraciətindən sonra araşdırma aparıla bilər.
***
Bakıda əməliyyat olunan gənc ana dünyasını dəyişib.
Publika.az criminal.az-a istinadən bildirir ki, İsmayıllı rayonu, Lahıc kənd sakini, 25 yaşlı Şəhla Əliyeva iki gün əvvəl paytaxta gətirilərək "İnternational" klinikasında əməliyyat olunub. Onun dalağı əməliyyat yolu ilə çıxarılıb. Lakin dünən xəstə dünyasını dəyişib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, əməliyat zamanı Ş.Əliyevanın damarı zədələnib. Daxili qanxması olan qadın dünən dünyasını dəyişib. Mərhumun yaxınları iddia edirlər ki, Ş.Əliyeva onu əməliyyat edən cərrahın səhlənkarlığının qurbanı olub. Çünki həmin gün Şəhla cərrahın eyni gündə əməliyyat etdiyi 5-ci xəstə olub.
İki azyaşlı anası olan Ş.Əliyeva bu gün Lahıca aparılaraq dəfn edilib.
Ölümlə bağlı klinika ilə əlaqə saxlasaq da, iş günü olmadığından Ş.Əliyevanı əməliyyat edən həkimlə danışmaq mümkün olmadı.
Gülxar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...




































