4 cinayətkar dəstə zərərsizləşdirildi – VİDEO
Bizi izləyin

Hadisə

4 cinayətkar dəstə zərərsizləşdirildi – VİDEO

Ötən ay qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan 4 cinayətkar dəstə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətinin bu ilin aprel ayında qaçaq­malçılıq, qeyri-leqal miqrasiya və narkotik vasitələrin qeyri-qanuni dövriy­yəsinə qarşı həyata keçirdiyi tədbirlər nəticəsində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılıb.

Dövlət xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onların 24-ü Azərbaycan, 6-sı İran, 3-ü Özbəkistan, 2-si Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizin­də 12 halda 21 nəfər saxlanılaraq, barələrində müvafiq tədbir görülüb. Ay ərzində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan dörd cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaq malın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3.700 ABŞ dolları, 270.000 Rusiya rublu, 11.000 Azərbaycan manatı, 539.000 İran rialı, 21 baş iribuynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm