Hadisə
Cəbhə bölgəsindəki yanğınların kosmosdan görüntüsü yayıldı - FOTO
May-iyun aylarında Ermənistan tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların “Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki Azersky vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb.
“Azərkosmos” ASC-dən Publika.az-a verilən məlumata görə, Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan Azersky peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəymiş ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır. Bu ilin may ayında Azersky peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarda qeyd edildiyi kimi yanğınlar başlayan vaxtdan etibarən operativ olaraq Azersky peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib.
Azersky peykindən əldə olunmuş təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılmış bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700 km2 təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ciddi ziyan dəyib.
Qeyd edək ki, cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır. Beləki, mütəmadi olaraq işğal altında olan ərazilərimizdə irimiqyaslı yanğınlar törədilir. Bu il də havaların istiləşməsi və məhsul yığımı dövrünün başlaması ilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə silsilə yanğınlar törətməyə başlayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR